
Təhlükəsizliklə bağlı məlumat
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və
ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçi təlimatının tam
mətnini oxuyun.
TƏHLÜKƏSİZ İŞƏ SALINMASI
Simsiz telefonların istifadəsi qadağan edilidiyi yerlərdə və ya bunun
nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, telefonu işə
salmayın.
İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSİZLİYİ QAYDALARI RİAYƏT OLUNMALIDIR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi
idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol
təhlükəsizliyi qaydalarını düşünməlisiniz.
MANEƏ
Bütün simsiz telefonlar maneələrə həssas ola bilir və bu onların iş
keyfiyyətlərinə təsir göstərə bilər.
MƏHDUDLAŞDIRILMIŞ SAHƏLƏRDƏ TELEFONU SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Cihazı təyyarədə, tibb
avadanlığının, yanacaq, kimyəvi maddələrin və partlayış işləri
yaxınlıqında söndürün.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya
təmir edə bilər.
TƏKMİLLƏŞDİRMƏLƏR VƏ BATAREYALAR
Yalnız təsdiq edilmiş aksesuar və batareyalardan istifadə edin. Uyğun
olmayan məhsulları qoşmayın.
SUYA DAVAMLILIQ
Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
