
9. Qalereya
Bu menyuda siz şəkilləri, video klipləri, musiqi faylları, mövzuları, qrafik
təsvirləri, səs tonları, səs yazmaları və qəbul olunmuş faylları idarə
edə bilərsiz. Bu fayllar telefon yaddaşında saxlanılır və qovluqlarda
yerləşdirilə bilər.
Qovluqların siyahısını görmək üçün seçin
Menu >
Gallery
.
Qovluqda mövcud olan seçimləri nəzərdən keçirmək üçün ilk öncə
qovluqu və sonra isə
Options seçin.
Qovluqda olan faylların siyahısını nəzərdən keçirmək üçün ilk öncə
qovluqu və sonra isə
Open seçin.
Faylda mövcud olan seçimləri nəzərdən keçirmək üçün ilk öncə faylı və
sonra isə
Options seçin.
Sizin telefon qəbul olunan məzmunu qorumaq məqsədi ilə aktivasiya
açarı sistemini dəstəkləyir. İstənilən məzmunun və aktivasiya açarın
çatdırılma qaydalarını onların qəbulundan əvvəl həmişə yoxlayın çünki
onlar ödənişli ola bilər.

1
■