
Təhlükəsizlik
Zəngləri məhdudlaşdıran təhlükəsizlik funksiyaları (zənglərin qadağan
edilməsi, bağlı istifadəçi qrupu, müəyyən nömrələrin yığılması) istifadə
edildikdə siz cihazınızda proqramlaşdırılmış rəsmi təcili yardım
nömrələrinə zəng vura bilərsiniz.
Seçin
Menu > Settings > Security və aşağıdakı seçimlərdən:
PIN code request yaxud UPIN code request – telefonun hər
işəsalmada sizdən PIN yaxud UPIN kodu tələb etməsini təyin etmək
üçün. Bəzi SIM kartlar kod sorğusunun söndürülməsinə icazə vermir.

3
PIN2 code request – PIN2 kodu ilə qorunan telefonun xüsusi
funksiyasından istifadə zamanı PIN2 kodunun tələb olub-olmamasını
seçmək üçün. Bəzi SIM kartlar kod sorğusunun söndürülməsinə icazə
vermir.
Call barring service – telefonunuza gələn və gedən zənglərə
məhdudiyyət qoymaq üçün (şəbəkə xidməti). Qadağa parolu tələb olunur.
Fixed dialling – SIM kartınızın dəstəklədiyi halda telefonunuzdan gedən
zənglərin seçilmiş nömrələrə məhdudlaşdırmaq üçün. Sabit yığım
aktivdirsə, GPRS bağlantısı vasitəsilə mətn mesajının göndərilməsi
istisna olmaqla GPRS bağlantıları mümkün olmur. Bu təqdirdə, qəbul
edən tərəfin telefon nömrəsi və mesaj mərkəzinin nömrəsi sabit yığım
siyahısına daxil olunmalıdır.
Closed user group – siz zəng edə biləcəyiniz və sizə zəng edə biləcək
şəxslərin qrupunu müəyyənləşdirmək üçün (şəbəkə xidməti)
Security level – Telefona yeni bir SİM kart daxil edildikdə təhlükəsizlik
kodunun tələb olunması üçün Phone seçin. SIM kart yaddaşı
seçildikdə və istifadədə olan yaddaşı seçmək istədiyiniz halda
təhlükəsizlik kodunun tələb olunması üçün Memory seçin.
Access codes – təhlükəsizlik kodu, PIN kodu, UPIN kodu, PIN2 kodu
yaxud qadağa parolunu dəyişdirmək üçün
Code in use – PIN kod yaxud UPIN kodunun aktiv olub-olmamalarını
seçmək üçün
Authority certificates yaxud User certificates – telefonunuza yüklənilmiş
vəkalət və istifadəçi sertifikatlarını nəzərdən keçirmək üçün.
Bax “Sertifikatlar”, s. 51.
Security module sett. – təhlükəsizlik modulunun təfsilatlarını nəzərdən
keçirmək, təhlükəsizlik modulu üçün PIN sorğusunu aktivləşdirmək
yaxud modul PIN-ini və imza PIN-ini dəyişdirmək üçün. Həmçinin bax
“Giriş kodları”, s 11.
■