Ekran
Ekran parametrləri ilə siz öz istəyinizə uyğun olan telefon ekranının
görünüşünü verə bilərsiz.
Gözləmə rejimin parametrləri
Seçin
Menu > Settings > Display və aşağıdakı seçimlərdən:
Wallpaper – sizin telefonun ekranında təsviri və ya slaydı gözləmə
rejimində divar kağızı kimi göstərilməsi üçün. Image yaxud Slide set
seçin, sonra müvafiq qovluğa doğru fırladın və istədiyiniz təsviri yaxud
slaydı seçin.
Active standby – telefonunuz aktiv gözləmə rejimini ekranda
göstərdiyini və ya göstərmədiyini təyin etmək üçün
Standby font colour – gözləmə rejimində ekranda olan mətnlərin
rəngini seçmək üçün
Display brightness – ekranın parlaqlığını kökləmək üçün
Navigation key icons – aktiv gözləmə rejimi söndürüldüyü halda cari
keçid sürətli düymələrinin ekranda göstərilməsi üçün
Notification details – həm buraxılmış zənglər həm də mesajlar barədə
bildirişlərdə kontaktın məlumatı kimi təfsilatları göstərmək və ya
gizlətmək üçün
Font size – mesajların oxunuşu və yazılması, kontaktların nəzərdən
keçirilməsi və İnternet səhifələrə baxışın şrifti təyin etmək üçün
Operator logo – mövcud olduğu halda, operator loqosunun ekranda
göstərilməsini və ya gizlədilməsini təyin etmək üçün
Cell info display > On – istifadə olunan şəbəkə simindən asılı olaraq
şəbəkə operatorundan məlumat qəbulu
■