Əlaqə
Siz telefonla digər uyğun telefon arasında Bluetooth radio texnologiyası
və ya USB məlumat kabel vasitəsi ilə əlaqə yarada bilərsiz.
Bluetooth ilə əlaqənin yaradılması
Bu cihaz aşağıdakı profilləri dəstəkləyən Bluetooth Specification 2.0
texnologiyasına uyğundur: SIM access, object push, file transfer, dial-up
networking, headset, hands-free, service discovery application, generic access,
serial port, və generic object exchange. Bluetooth texnologiyasını dəstəkləyən
3
digər şəbəkələrlə qarşılıqlı əlaqəni təmin etmək üçün Nokia tərəfindən bu cihaz
üçün təsdiq edilmiş aksesuarlardan istifadə edin. Digər qurğuların bu qurğuya
uyğun olması və ya olmamasını müəyyən etmək üçün həmin qurğuların
istehsalçıları ilə əlaqə saxlayın.
Bluetooth texnologiyası 10 metrə (33 fut) qədər məsafədə telefonunuza
başqa bir Bluetooth-u dəstəkləyən telefonla əlaqə yarada biləcəyinə
imkan yaradır. Bluetooth texnologiyasından istifadə edən telefonlar
radio dalğalar vasitəsi ilə əlaqə saxladığına görə sizin telefon və
digər telefonlar birbaşa görmə sahəsində olmaya da bilər, lakin əlaqə
divarlar və digər elektrik cihazlar kimi maneələrdən müdaxiləyə məruz
qala bilər.
Bluetooth texlonogiyasından istifadə edən xüsusiyyətlər batareyanın enerjısınə
tələbatı artırır və batareyanın istehlak müddətini qısaldır.
Bluetooth əlaqəsini yaradmaq
Seçin
Menu > Settings > Connectivity > Bluetooth > On.
My phone’s name digər Bluetooth cihazları üçün sizin telefonun
göründüyü adını təyin və ya dəyişmək üçün seçin.
Bluetooth-un işlək vəziyyətdə olduğunu bildirir. Yadda saxlayın ki,
Bluetooth batareyanın enerjisindən istifadə edir və batareyanın istehlak
müddətini azalda bilər.
Bluetooth cihazı ilə əlaqə yaratmaq
Menu > Settings > Connectivity > Bluetooth > Search audio enhanc.
və əlaqə yaratmaq istədiyiniz cihazı seçin.
Bluetooth əlaqələrin siyahısına baxmaq
Seçin
Menu > Settings > Connectivity > Bluetooth > Active devices.
Bluetooth cihazına məlumatı göndərmək
Seçin
Menu > Settings > Connectivity > Bluetooth > Paired devices.
Əlaqə yaratmaq istədiyiniz cihazı seçin və keçid parolunu daxil edin.
Daha bir cihaz ilə əlaqə yaratmaq üçün siz istifadə ediləcək keçid
parolunu (16 işarəyə qədər) razılaşdırmalısınız. Əlaqəni qurmaq
və məlumatın ötürülməsinə başlamaq üçün siz yalnız bir dəfə keçid
parolundan istifadə edirsiniz.
3
Əgər cihaz siyahıda mövcud deyil,
New seçin ki, telefonunuzdan
uzaqlığına görə Bluetooth cihazların siyahısı göstərilsin.
Bluetooth cihazınızı digər cihazlardan gizlətmək
Seçin
Menu > Settings > Connectivity > Bluetooth > My phone’s
visibility. Seçin Hidden, və ya Bluetooth-u tam söndürün.
Modemin parametrləri
Siz telefonla kompüter arasında Bluetooth radio texnologiyası və ya
USB məlumat kabel vasitəsi ilə əlaqə yarada bilərsiz və telefondan
kompüterdə GPRS əlaqəsi üçün imkan yaratmaqla modem kimi
istifadə edə bilərsiz
Sizin kompüterinizin əlaqələrin parametrlərini teyin etmək üçün:
1. Seçin
Menu > Settings > Connectivity > Packet data > Packet data
settings > Active access point, və istifadə etmək istədiyiniz giriş
nöqtəni işlək vəziyyətə gətirin.
2. Seçin Edit active access pt., giriş nöqtənin parametrlərini
dəyişdirmək üçün adı daxil edin, və sonra
OK seçin.
3. Seçin Packet data acc. pt., şəbəkə ilə əlaqənin yaranması üçün giriş
nöqtənin adını (GNA) daxil edin, və sonra
OK seçin.
4. Telefonunuzdan modem kimi istifadə edərək İnternet əlaqəsini
yaratmaq.
Daha ətraflı məlumat üçün istifadəçi təlimatınına bax. Əgər həm
kompüterinizdə, həm də telefonunuzda parametrləri təyin etmişsinizsə,
kompüterin parametrləri istifadə olunur.
Uyğun olan kompüter ilə sinxronizasiyanı keçirmək
Məlumatın təqvim, qeydlər və kontaktlardan sinxronizasiyasını keçirmək
üçün sizin telefon üçün Nokia PC Suite proqram təminatını kompüterdə
quraşdırın. Bluetooth radio texnologiyası və ya CA-101 USB məlumat
kabelindən istifadə edərək kompüterdən sinxronizasiyanı başlayın.
3
Serverdən sinxronizasiyanı keçirmək
Uzaq serverdən istifadə etmək üçün sinxronizasiya xidmətinə yazılın.
Daha ətraflı məlumat və bu xidmət üçün tələb olunan parametrlər
barəsində xidmət təminatçınızla əlaqə saxlayın.
USB məlumat kabeli
Siz CA-101 USB məlumat kabelindən istifadə edərək telefon və uyğun
olan kompüter və ya PictBridge dəstəkləyən printer arasında məlumat
keçirə bilərsiz. Siz həmçinin CA-101 USB məlumat kabelini Nokia PC
Suite ilə istifadə edə bilərsiz.
Telefonu məlumat ötürülməsi və ya təsvir çapı üçün işlək vəziyyətə
gətirmək məqsədi ilə məlumat kabelini qoşun. Təsdiq edin USB data
cable connected. Select mode. və aşağıdakı seçimlərdən seçin:
PC Suite – telefonu Nokia PC Suite olan kompüterdə proqramlarla
əlaqənin təminatı üçün
Printing & Media – sizin telefonu PictBridge dəstəkləyən printer ilə
istifadəsi üçün və ya telefonu kompüterə qoşaraq onu Windows Media
Player ilə sinxronizasiyanı keçirmək (musiqi, video)
Data storage – Nokia proqram təminatı olmayan bir kompüterə telefonu
qoşaraq və telefonu məlumat anbarı kimi istifadə olunması üçün
USB tərzini dəyişdirmək üçün
Menu > Settings > Connectivity > USB
data cable > PC Suite, Printing & Media, və ya Data storage seçin.
■