Multimedia mesajı yazmaq və göndərmək
1.
Menu > Messaging > Create message > Message seçin.
2. To: sahəsinə bir yaxud daha çox telefon nömrələri ya elektron poçt
ünvanları daxil edin. Telefon nömrəni ya elektron poçt ünvanı telefon
yaddaşından istifadə etmək üçün
Add seçin.
3. Mesajınızı yazın. Fayl əlavə etmək üçün aşağıya fırladın və
Insert
seçin.
4. Mesaja göndərmədən öncə nəzər yetirmək üçün
Options > Preview
seçin.
5. Seçin
Send.
Yalnız müvafiq elementləri olan cihazlar multimediya mesajlarını qəbul edə və
ekranda nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq
fərqli ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdıra bilər. Daxil
edilmiş şəkil bu limiti aşırsa cihaz onu MMS-lə göndərilə biləcək ölçüyə qədər
balacalaşdıra bilər.
Multimedia mesaj xidmətinin (MMS, şəbəkə xidməti) mövcudluğunu
yoxlamaq və ona yazılmaq üçün xidmət təminatçınıza müraciət edin.
■