Elektron poçt istifadəsi
Elektron poçtun parametrlərini aktivləşdirmək üçün göstərilənləri
seçin
Menu > Messaging > Message settings > E-mail messages.
Telefonunuzda elektron poçtdan istifadə etmək üçün sizə müvafiq
elektron poçt sistemi tələb olunur.
Elektron poçtun parametrlərini sizin elektron poçt təminatçı ilə yoxlayın.
Siz elektron poçtun konfiqurasiya parametrlərini konfiqurasiya mesajı
şəklində qəbul edə bilərsiz.
2
Elektron poçt quraşdırıcısı
Seçin
Menu > Messaging > E-mail mailbox > Options > Add mailbox >
E-mail setup wizard.
Parametrləri əl ilə daxil etmək üçün
Menu > Messaging >
E-mail mailbox >
Options > Add mailbox > Create manually seçin.
Elektron poçt istifadəsi proksisiz İnternetə giriş nöqtəsi tələb edir. WAP
giriş nöqtələrinə adətən proksi daxildir və onlar elektron poçt istifadəsi
ilə çalışmır.
Elektron məktubu yazmaq və göndərmək
1. Seçin
Menu > Messaging > Create message > E-mail.
2. Mesajı qəbul edənin nömrəsini daxil edin, məktubun mövzusunu
yazın və mesajı daxil edin. Faylı əlavə etmək üçün seçin
Options > Insert.
3. Elektron məktubu göndərmək üçün
Send seçin.
Siz elektron məktubu elektron poçt xidmətinə qoşulmadan əvvəl yaza
bilərsiz yaxud ilk öncə xidmətə qoşulun və sonra elektron məktubu
yazıb göndərin.
Əgər birdən artıq elektron poçt adları təyin olunubsa, elektron məktubu
göndərmək istədiyiniz adlardan birini seçin.
Elektron məktubu saxlamaq üçün seçin
Options > Save message.
Elektron məktubu redaktə yaxud sonradan davam etmək üçün seçin
As draft message.
Elektron poçtu qaralamalar qovluğundan göndərmək üçün
Menu >
Messaging > Drafts keçərək istədiyiniz məktubu seçin.
Elektron poçt yüklənişi
1. Sizin elektron ünvana göndərilən elektron məktubları yükləmək üçün
seçin
Menu > Messaging.
Əgər birdən artıq elektron poçt adları təyin olunubsa, elektron
məktubu yükləmək istədiyiniz adlardan birini seçin.
Elektron poçt proqramı ilk növbədə yalnız elektron məktubun
başlıqlarını yükləyir.
2. Bütöv elektron məktubu yükləmək üçün elektron məktubu seçərək
Open düyməsinə basın.
2
Elektron məktubu oxumaq və cavablandırmaq
1.
Menu > Messaging elektron ünvanı və istədiyiniz elektron məktubu
seçin.
2. Elektron məktuba cavab yazmaq üçün
Options > Reply seçin.
Elektron poçt ünvanı və mövzunu təsdiq yaxud redaktə edin, sonra
cavab məktubu yazın.
3. Məktubu göndərmək üçün
Send seçin.
Elektron poçt qutu ilə qoşulmanı bitirmək üçün
Options > Disconnect
seçin.
Zəruri məlumat: Mesajları ehtiyatla açın. Elektron poçt mesajlarda
zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli
olan digər proqramlar ola bilər.
■