Təhlükəsizliklə bağlı əlavə məlumat
■
Kiçik uşaqlar
Sizin cihazda və aksessuarlarda xırda hissələr ola bilər. Onları kiçik
uşaqların əli çatmadığı yerdə saxlayın.
■
İş mühiti
Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin
bədəndən ən azı 1,5 santimetr (5/8 düym) məsafədə olduqda belə
radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin tələblərini ödəmək
iqtidarındadır. Bədən üzərində daşınmaq üçün diplomat, kəmər sıxacı
və tutacaq istifadə edilirsə bu əşyalarda metal olmamalı və cihaz
bədəndən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir.
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə
ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda belə əlaqə təmin
edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər.
Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən
ayırma məsafəsinə riayət edilir.
■
Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi
qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallıqına
təsir edə bilər. Tibb cihazlarının lazımi qaydada RF enerjisindən
qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı həkim və
tibb cihazının istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar
yerləşən məkanda telefon aparatını söndürmək tövsiyyəsi barədə
elan vurulubsa, bu tələbə əməl etmək lazımdır. Xəstəxanalar və tibb
müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqdan istifadə
edə bilər.
Tibbi qurğular
Tibbi qurğuların istehsalçıları tövsiyyə edirlər ki, kardiostimulyator və ya
elektroşoklu kardiostimulyator defibrillyator kimi tibbi qurğular və mobil
telefon arasında mümkün təsirdən qaçmaq üçün minimum 15,3 sm
(6 düym) məsafə saxlanmalıdır. Belə qurğulara malik insanlar:
●
Mobil telefon qoşulu olanda onu tibbi qurğudan minimum 15,3 sm
(6 düym) aralı saxlamalıdırlar.
●
Mobil telefonu döş cibində gəzdirmək olmaz.
●
Təsir mümkünlüyünü azaltmaq üçün mobil telefonu tibbi qurğuya
əks istiqamətdəki qulağa qoyun.
●
Əgər təsir hiss olunursa, telefonu dərhal söndürün.
●
Tibbi qurğuların istehsalçısı tərəfindən verilən təlimatları oxuyun və
onlara əməl edin.
Əgər mobil telefonun tibbi qurğu ilə istifadəsinə dair sualınız varsa
həkiminizə müraciət edin.
Qulaq aparatları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər.
Belə müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.
0
■
Avtomobillər
RF siqnalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün
mühafizə edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokirovkaya
qarşı elektron tormoz sistemləri, elektron sürət tənzimləyən sistemlər,
hava kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər. Daha
ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş
avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və
cihazı avtomobildə quraşdıra bilər. Qüsurlu quraşdırılma və ya xidmət
təhlükəli ola bilər və bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin
qüvvədən düşməsinə səbəb ola bilər. Tez alışan mayeləri, qazları
və partlayıcı maddələri cihazın, onun hissələrinin və aksesuarlarının
daşındığı bölmədə saxlamayın və daşımayın.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə
minməmişdən əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi
təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon
şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.
■
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün
işarələrə və göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi
olan ərazi adətən avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə
edilən ərazıni əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya yaxud
yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə nəticələnir.
Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq
stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları
keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış
atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər.
Bu qeydlər gəmilərin aşağı göyərtələrində, kimyəvi preparatları
daşıyan və saxlayan avadanlıqda və havasında kimyəvi preparatlar
və dənəcik, toz və ya metal toz kimi hissəciklər olan ərazilərədə aid
olunur. Mayeləşdirilmiş neft qazından (propan və butan kimi) istifadə
edən avtomobillərin yaxınlıqında bu cihazın təhlükəsiz istifadəsi üçün
onların istehsalçılarına müraciət etməlisiz.
1
■
Təcili yardım zəngləri
Zəruri məlumat: Bu cihaz radio siqnalları, simsiz şəbəkələri, daxili
əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış
funksiyaları istifadə edərək işləyir. Əgər sizin cihaz İnternet vasitəsilə
səs zənglərini dəstəkləyirsə (İnternet zəngləri), o zaman həm İnternet
zənglərini, həm də mobil telefonu işlək vəziyyətə gətirin. Həm mobil
şəbəkə, həm də İnternet zənglərin xidmət təminatçınız çalışdıqı halda
sizin cihaz hər ikisinin vasitəsilə təcili yardım zənglərini etməyə cəhd
edəcək. İstənilən şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi
yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar
etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini
yoxlayın. Cihazınızdan asılı olaraq sizə həmçinin aşağıdakıları həyata
keçirmək lazım ola bilər:
● Əgər cihazınız SİM kartdan istifadə edir, onu cihazınıza daxil edin.
● Cihazınızda mövcud olan müəyyən zəng məhdudiyyətlərini aradan
götürün.
● Profilinizi offlayn və ya üçüş rejimindən aktiv profilə dəyişin.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər
başa çatdırma düyməsini basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım
nömrələri ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin.
Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər.
İcazə verilənədək zəngi bitirməyin.
■
Sertifikatlaşdırma məlumatı (XAD)
Bu mobil qurğu radiodalğaların təsiri haqda rəhbər təlimat
tələblərini ödəyir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz
beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə
məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal
edilmişdir. Rəhbər prinsiplər elmi araşdırmaların mütəmadi və hərtərəfli
2
dəyərləndirilməsi nəticəsində müstəqil elmi təşkilatlar tərəfindən
hazırlanmışdır.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi
(XAD) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının
təlimatında göstərilmiş SAR həddi 2.0 Vatt/kilogramdır (V/kg) 10 qram
toxuma ortalamaqla. XAD üçün testlər bütün sınaqdan keçirilmiş tezlik
diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində
məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən
qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki
qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb
olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin
şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan
asılıdr. Bu cihazın qulaqda istifadəsi zamanı sınaqdan keçirilərkən ən
yüksək XAD dərəcəsi 0,83 V/kg.
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir
edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan
asılı olaraq XAD dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat
mal haqda məlumatın ardınca www.nokia.com saytında verilə bilər.
3
A
aktivasiya açarları 40
antenna 15
B
batareya 53
doldurulma və boşaldılma 53
identifikasiya 54
batareyanın doldurulma səviyyəsi 17
Bluetooth 34
brauzer
əlfəçinlər 49
görünüş parametrləri 49
təhlükəsizlik 49
C
cəld mesajlaşma 25
D
diktofon 43
dil parametrləri 37
dinamik 16
divar kağızı 32
E
əks istiqamət taymeri 46
ekvalayzer 43
əlaqə üçün məlumat 12
elektron poçt istifadəsi 23
F
fləş mesajlar 23
G
gələn xidmət məktubların qutusu 49
giriş kodları 11
gözləmə rejimi 32
I
İndikatorlar 17
İnternet 47
işarələr registri 21
İşə salma düyməsi 14, 16
İşlər siyahısı 45
İstehsalçı parametrləri 38
K
kalkulyator 45
kamera 41
kamera düyməsi 16
klaviaturanı kilidləyin 11
klaviaturanin kilidini açin 11
kodlar 11
kompüter əlaqəsi 52
konfiqurasiyalar
parametr xidməti 15
ümumi 38
kontaktlar
axtarış 29
qruplar 29
nüsxələrin çıxarılması 29
parametrlər 30
redaktə 29
saxlanılma 28
sürətli nömrə yiğimi 19
kukilər 50
M
məlumat əlaqəsi 52
məlumat kabeli 36
məlumat mesajları 39
mesaj parametrləri
elektron poçt 28
mətn mesajları 26
multimedia mesajları 27
ümumi 25
mesajlar
fləş mesajlar 23
xidmət komandalari 39
məlumat mesajlari 39
səslı mesajlar 25
mətn 21
mətn yazılışı 21
mövzular 31
müəlliflik hüququnun qorunması 40
müştəri xidməti 12
N
Nokia əlaqə məlumatı 12
O
operator loqosu 17, 32
operator menyusu 39