
Qoruma və texniki xidmət
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla
qorunmalıdır. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
● Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin
tərkibində eletron sxemlərin korroziyasına səbəb ola biləcək minerallar
ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə
yerləşdirənə qədər cihazın tam qurumasını təmin edin.
● Cihazı tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun ayrıla bilən hissələri və
elektron komponentləri zədələnə bilər.
● Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak
müddətini qısaldır, batareyaları zədələyir və müəyyən plastik hissələri əyir və
ya əridir.
● Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda
cihazın içində nəmlik yarana bilər bə bunun nəticəsində elektron sxemlərin
plataları zədələnə bilər.
● Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.
● Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili
montaj platasını və dəqiq mexanika elementlərini qıra bilər.
● Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici
həlledicilardan və ya güclü tozlardan istifadə etməyin.
● Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq
əmələyyatlara mane ola bilər.
● Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları kimi optik şüşələrin
təmizlənməsi üçün yumşaq, quru parçadan istifadə edin.
● Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenaları istifadə edin. Qadağan
edilmiş antenaların, modifikasiyaların və ya aksessuarların istifadəsi sizin
cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
● Batareyanı bağlı otaqda doldurun.
● Cihazınızı xıdmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz
məlumatın (əlaqələr və təqvim qeydləri kimi) surətini çıxarın.
● Optimal işləməsi üçün qurğunun vaxtaşırı yenidən quraşdırılması məqsədilə
onu söndürün və batareyanı çıxardın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya,
batareya doludran qurğuya və ya hər hansı aksessuara şamil edilir. Hər hansı
cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli
xıdmət şəbəkəsinə aparın.
Utilizasiya
Məhsulun, sənədlərin və ya qablaşdırmanın üzərində olan üstündən
xətt çəkilmiş təkərli zibil yeşiyi işarəsi sizə xatırladır ki, bütün elektrik
və elektron məhsullar, batareyalar və akkumulyatorlar istifadə müddəti
bitdikdən sonra utilizasiya üçün təhvil verilməlidir. Bu tələb ayrı yığım
sistemlərin mövcud olduqu Avropa Birliyi və digər ölkələrə aiddir.
Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına
yerləşdirməyin.
Tullantıların nəzarətsiz atılması ilə ətraf mühitə vurulan mümkün
ziyanın qarşısını almaq və maddi ehtiyatların ətraf mühitə ziyan
vurmadan təkrar davamlı istifadəsini həyata keçirmək üçün məhsulları
utilizasiyaya təhvil verilməsi kömək edir. Utilizasiya haqqında
daha ətraflı məlumatı məhsulun pərakəndə satıcısından, tullantılar
üzrə yerli orqanlardan, milli istehsalçı təşkilatlardan və ya yerli
Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Məhsulun Ekoloji
Bəyannaməsini və ya köhnəlmiş məhsulunuzu qaytarmaq barəsində
təlimatlar haqqında www.nokia.com İnternet səhifəsində ökəyə
məxsus məlumatda tapa bilərsiz.