Nokia batareyasının identifikasiyası qaydaları
Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarından istifadə edin. Orijinal
Nokia batareyasını aldığınıza əmin olmaq üçün batareyanı səlahiyyətli Nokia
dilerindən alın, aşağıdakı addımları tətbiq edərək holoqram etiketini yoxlayın:
Addımların müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi
deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə
varsa, siz onu istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda
olan səlahiyyətli Nokia xidmət şəbəkəsinə və ya dilerinə müraciət etməlisiniz.
Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya dileri batareyanın orijinallığını
yoxlayacaq. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.
Orijinal holoqram
1. Etiketdə olan holoqrama baxarkən siz bir
bucağdan Nokia-nın birləşdirən əllər simvolunu,
digər bucağdan isə Nokia Orijinal Aksesuarlar
loqosunu görməlisiz.
2. Holoqramı sol tərəfə əydikdə siz hər tərəfdə
müvafiq olaraq 1, 2, 3 və 4 nöqtə görməlisiniz.
Batareyanız orijinal deyilsə?
Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu etiketdə olan
holoqramla təsdiq edə bilmirsinizsə, batareyanı istifadə etməyin. Həmin
batareyanı yardım üçün yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və
ya dilerinə aparın. Istehsalçı tərəfindən təsdiq edilməmiş batareyanın
istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və onun aksesuarlarına
zərər verə bilər. Həmçinin bu hal cihaza tətbiq edilən hər hansı təsdiq
və zəmanətin də qüvvədən düşməsinə səbəb ola bilər.
Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat üçün bax
www.nokia.com/battery.