16. Batareya haqqında məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə işləyir. Bu cihazın istifadəsi
üçün nəzərdə tutulan batareya BL-6P batareyasıdır. Bu cihaz aşağıdakı
adapterlərdən doldurularaq istifadə üçün nəzərdə tutlmuşdur: AC-6 adapteri.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya
köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa
batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə
edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş
bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.
Təsdiqlənməmiş batareya və ya adapterdən istifadə yanğın, partlayış, axma
riski və ya digər təhlükə törədə bilər.
Əgər əvəzedici batareya ilk dəfə dəyişdirilərkən və ya batareya uzun müddət
istifadə edilmədikdə adapteri cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın
doldurulmasının başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya
tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və
ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın.
Batareyanı dolduran qurğu istifadə edilmədikdə, onu elektrik rozetkadan və
telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş
saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak
müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini
vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) arasında olan hərarət
dərəcəsində saxlamağa çalışın). Ekstrimal hərarət batareyanın keyfiyyətini və
istehlak müddətini azaldır. İsti və soyuq batareya ilə cihaz müvəqqəti olaraq
işləyə bilmir. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan
dərəcələrdə xüsusilə məhdud olur.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul,
sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi
terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal
zolaqlar kimi görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul
kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və
ya əlaqədə olan əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar
zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq
olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə
edin. Məişət tullantısı kimi atmayın.
Elementləri yaxud batareyanı sökmək, kəsmək, açmaq, əzmək, əymək,
biçimsizləşdirmək, deşmək və ya parçalamaq olmaz. Əgər batareyadan maye
axsa, bu surətdə mayenin dəri, və gözlərinizə dəyməsinə imkan verməyin.
Bu baş verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su ilə yuyun, ya da tibbi
yardım axtarın.
Batareyanı dəyişmək, yenidən istehsal etmək, onun daxilinə yad əşyaları
daxil etmək üçün cəhd göstərmək və ya suya yaxud digər mayelərə salmaq
qadağandır.
Batareyadan qeyri-düzgün istifadə yanğın, partlayış və ya digər təhlükə ilə
nəticələnə bilər. Cihazın batareyası düsdüyü halda, xüsusən də bərk səthin
üstünə, və əgər siz onun zədələndiyində əminsiz, o zaman batareyanı
istifadədən əvvəl yoxlama üçün xidmət mərkəzinə aparın.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş
batareya və ya batareyanı dolduran qurğudan istifadə etməyin. Batareyanı kiçik
uşaqların əli çatmadığı yerdə saxlayın.
■