
Təhlükəsizlik parametrləri
Sertifikatlar
Telefonunuza yüklənilmiş vəkalət və ya istifadəçi sertifikatlarının
siyahısını nəzərdən keçirmək üçün seçin
Menu > Settings > Security >
Authority certificates və ya User certificates.
işarəsi telefon və məzmun serveri arasında olan məlumatın
ötürülməsi şifrə olunduğu halda ekranda göstərilir.
Zəruri məlumat: Sertifikatların istifadəsi uzaq məsafəli birləşmələrdə
və proqramların yüklənməsində yaranan riskləri əhəmiyyətli
dərəcədə azaltmasına baxmayaraq, bu sertifikatlar təkmilləşdirilmiş
təhlükəsizlikdən daha çox faydalanmaq üçün düzgün istifadə
edilməlidir. Sertifikatın mövcudluğu özü-özlüyündə qorunmanı
təmin etmir; sertifikatı idarə edən proqramda daha təkmilləşdirilmiş
təhlükəsizlik üçün düzgün, orijinal və ye etibarlı sertifikatlar olmalıdır.
Sertifikatlar məhdud istifadə müddətinə malikdir. Əgər sertifikatınız
qüvvədə olmalı zaman “Expired certificate” və ya “Certificate not
valid yet” göstərilirsə cihazınızda qurulmuş tarixin va vaxtın düzgün
olmasını yoxlayın.
Sertifikat parametrlərini dəyişdirməzdən əvvəl siz əmin olmalısınız ki, siz
həqiqətən sertifikatın sahibinə etibar edirsiniz və sertifikat həqiqətən siyahıda
olan sahibə məxsusdur.
Sertifikatların üç növü mövcuddur: server sertifikatları, vəkalət
sertifikatları və istifadəçi sertifikatları. Siz bu sertifikatları xidmət
təminatçınızdan qəbul edə bilərsiniz. Vəkalət və istifadəçi sertifikatları
da həmçinin xidmət təminatçınız tərəfindən təhlükəsizlik modulunda
saxlanıla bilər.
Təhlükəsizlik işarəsi şəbəkə ilə məzmun serveri (və ya tələb olunan mənbənin
saxlanıldığı yer) arasında məlumatın ötürüməsinin təhlükəsiz olduğunu
göstərmir. Şəbəkə ilə məzmun serveri arasında məlumatın ötürülməsinin
təhlükəsizliyi xidmət provayderi tərəfindən təmin edilir.

2
Kukilər və keş
Kuki İnternet saytın telefonunuzun keş yaddaşında saxladığı
məlumatdır. Kukilər kəş yaddaşını pozana qədər saxlanılır.
İnternet səhifələrini nəzərdən keçirərək seçin
Options > Other options >
Security > Cookie settings; və yaxud gözləmə rejimində olarkən, seçin
Menu > Web > Settings > Security settings > Cookies. Telefona kukilərin
qəbulunu icazə və ya qadağan etmək üçün Allow və ya Reject seçin.
Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilən yaddaş yeridir.
Əgər siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd göstərmişsinizsə və
ya çıxmışsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin. Sizin çıxdığınız
məlumat və ya xidmət keş yaddaşında mühafizə edilir. Keşi İnternet səhifələrini
nəzərdən keçirərkən boşaltmaq üçün seçin
Options > Other options > Clear the
cache; və ya gözləmə rejimində olarkən, seçin
Menu > Web > Clear the cache.
Təhlükəsiz qoşulma üzrə skriptlər
Siz təhlükəsiz səhifədən skriptlərin çalışmasına icazəni seçə bilərsiz.
Telefon WML skriptlərini dəstəkləyir.
İnternet səhifələrini nəzərdən keçirərək skriptlərə icazə vermək üçün
seçin
Options > Other options > Security > WMLScript settings; və
yaxud gözləmə rejimində olarkən, seçin
Menu Web > Settings >
Security settings > WMLScripts in conn. > Allow.
■