Brauzer təhlükəsizliyi
Şəbəkə daxilində bank əməliyyatları və ya alış-veriş kimi müəyyən
xidmətlər üçün təhlükəsizlik xüsusiyyətləri tələb olunur. Bu növ qoşulmalar
üçün sizə təhlükəsizlik sertifikatları və ola bilsin ki SİM kartınızda mövcud
olan təhlükəsizlik modulunu tələb oluna bilər. Daha geniş məlumat almaq
üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.
Rəqəmli imza
SİM kartınızda təhlükəsizlik modulu olduğu halda siz telefonunuzun
köməyi ilə rəqəmli imzalar yarada bilərsiz. Rəqəmli imzanın istifadəsi
adınızı kağızda yazılan hesab, müqavilə və digər sənədə imza etdiyiniz
kimi ola bilər.
Rəqəmli imzanı yaratmaq üçün səhifədə linki seçin, məsələn, almaq
istədiyiniz kitabın adı və onun qiymətini. Miqdarı və tarixi cəmləşdirə
bilən imza olunmalı mətn göstərilir.
3
Başlıq mətninin Read olduğunu və rəqəmli imza işarəsi olan
göstərildiyini yoxlayın.
Mətni imzalamaq üçün ilk növbədə bütün mətni oxuyun və seçin
Sign.
Mətn ekranın bir səhifəsinə yerləşməyə bilər. Bu səbəbdən, mətni
imzalamaqdan əvvəl mətni fırladaraq mütləq bütün mətni oxuyun.
İstifadə etmək istədiyiniz istifadəçi sertifikatını seçin. İmza PİN-i daxil
edin. Rəqəmli imza işarəsi yox olur və xidmət sizin alışınız barədə
təsdiqi göstərə bilər.