Əlfəçinlər
Siz səhifələrin ünvanlarını telefonun yaddaşında əlfəçinlər kimi saxlaya
bilərsiz.
1. İnternet səhifələrini nəzərdən keçirərək seçin
Options > Add
Bookmark; və yaxud gözləmə rejimində olarkən, seçin
Menu > Web >
Bookmarks.
2. Əlfəçinə doğru fırladın və onu seçin yaxud zəng düyməsini basaraq
əlfəçinə məxsus olan səhifəyə keçin.
3. Əlfəçini nəzərdən keçirmək, redaktə etmək, pozmaq və ya
göndərmək, yeni əlfəçini yaratmaq yaxud əlfəçini qovluqda
saxlamaq üçün seçin
Options.
Sizin cihazınızda üçüncü tərəflərin əvvəlcədən yüklənmiş əlfəçinləri və linkləri
mövcud ola bilər. Siz cihazınızla həmçinin digər üçüncü tərəflərin səhifələrinə
giriş imkanına maliksiniz. Üçüncü tərəfin saytları Nokia ilə əlaqələri yoxdur
və Nokia onlara dair zəmanət vermir və heç bir məsuliyyət daşımır. Əgər siz
bu saytlara daxil olmaq istəyirsinizsə təhlükəsizlik və ya məzmun tədbirlərini
görməlisiniz.
■