
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz WCDMA 850 və 2100 və GSM
850, 900, 1800 və 1900 şəbəkələrində istifadə üçün təsdiq edilmişdir.
Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət
provayderinizlə əlaqə saxlayın.
Bu cihazdakı imkanlardan istifadə edərkən bütün qanunlara riayət edin
və müəllif hüquqları da daxil olmaqla, yerli gömrük, digər şəxslərin
şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, musiqini (zəng
siqnalları daxil olmaqla) və digər məzmunlu funksiyaların nüsxələrin
çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv
surətlərini çıxarmağı və ya yazılı surətdə qeyd etməyi unutmayın.
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün
onun istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsullara qoşulmayın.
Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün
imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz
cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu
işə salmayın.

10
■