
Proqram təminatının yeniləşdirilməsi
Zəruri məlumat: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı
müvafiq təminat təklif edən xidmətlərdən istifadə edin.
Nokia yeni xüsusiyyətləri, təkmilləşdirilmiş funksiyaları və daha yüksək iş
keyfiyyətlərini təklif edən proqram təminatının yeniləşmələrini buraxa bilər. Siz
bu yeniləşmələri Nokia Software Updater proqram vasitəsilə tələb edə bilərsiz.
Cihazın proqram təminatını yeniləmək üçün sizə Nokia Software Updater
proqramı, Microsoft Windows 2000 və ya XP əməliyyat sistemi üzərində çalışan
kompüter, genişzolaqlı İnternet əlaqəsi və cihazınızı kompüterə qoşmaq üçün
uyğun olan məlumat kabeli lazımdır.
Daha ətraflı məlumat və Nokia Software Updater proqramın yüklənilməsi
üçün www.nokia.com/softwareupdate və yaxud yerli Nokia İnternet səhifəsinə
müraciət edin.
Proqram təminatın təkmilləşdirmə yuklənişi məlumatın böyük həcminin Sizin xidmət
təminatçınızın şəbəkəsindən ötürülməsinə səbəb ola bilər. Məlumatın göndərilmə
hesabı ilə bağlı məlumat almaq üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Uzun müddətli istifadə zamanı cihaz qıza bilər. Əksər hallarda bu cür vəziyyət
normaldır. Əgər cihazın düzgün işlədiyində şübhələnirsinizsə, o zaman onu
təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xıdmət şəbəkəsinə aparın.
■