
Faydalı məsləhətlər
Telefonu xidmət mərkəzinə aparmaqdan əvvəl
S: Mən telefonumda yaranan əməliyyat məsələlərinin necə həll edə
bilərəm?
C: Aşağıda göstəriləni sınayın:
•
Telefonu söndürüb batareyanı çıxardın və başqa birisi ilə əvəz edin.
•
İstehsalçı parametrlərini bərpa edin.
Menu > Settings > Rest. factory
sett. Sizin sənədləriniz və qovluqlarınız pozulmur.
•
Telefonu Nokia Software Updater ilə təkmilləşdirin, əgər bu proqram
təminatı mövcuddur. www.nokia.com/softwareupdate və yaxud yerli
Nokia İnternet saytında ətraflı məlumat tapa bilərsiz.
Bluetooth əlaqəsi
S: Niyə görə Bluetooth cihazını tapa bilmirəm?
C: Aşağıda göstəriləni sınayın:
•
Bluetooth əlaqəsinin mövcudluğunu hər iki cihazda yoxlayın.
•
İki cihazın arasında məsafənin 10 metrdən (33 futdan)
artıq olmadığını və aralarında divar yaxud digər maneələrin
mövcudluğunu yoxlayın.
•
Digər cihazın gizli rejimdə olmadığını yoxlayın.
•
Hər iki cihazın uyğun olduğunu yoxlayın.
Zənglər
S: Səsin yüksəkliyini necə dəyişdirə bilərəm?
C: Zəng zamanı səsin yüksəkliyinin artırılması yaxud azaldılması üçün
keçid düyməsini yuxarı yaxud aşağı basın.
S: Zəng tonunu necə dəyişdirə bilərəm?
C: Seçin Menu > Settings > Tones.
Kontaktlar
S: Yeni kontaktı necə əlavə edə bilərəm?
C: Seçin Menu > Contacts > Names > Options > Add new contact.
S: Kontakta əlavə məlumatı necə əlavə edə bilərəm?

C: Məlumatı əlavə istədiyiniz kontaktı tapın və aşağıdakını seçin
Details > Options > Add detail. Mövcud olan seçimlərdən seçin.
Menyular
S: Menyuların görünüşünü necə dəyişdirə bilərəm?
C: Menyunun görünüşünü dəyişdirmək üçün göstərilənləri seçin Menu >
Options > Main menu view > List, Grid, Grid with labels, yaxud Tab.
S: Menyuya istədiyim üslubu necə verə bilərəm?
C: Menyuda dəyişiklər etmək üçün göstərilənləri seçin Menu >
Options > Organise. Arzu olunan menyuya doğru keçin və Move seçin.
Menyunu arzu olunan istiqamətə keçirdin və
OK seçin. Dəyişikliyi
saxlamaq üçün
Done > Yes seçin.
Mesaj xidmətləri
S: Niyə görə multimedia mesajını (MMS) göndərə bilmirəm?
C: Multimedia mesaj xidmətinin (MMS, şəbəkə xidməti) mövcudluğunu
yoxlamaq və ona yazılmaq üçün xidmət təminatçınıza müraciət edin.
S: Elektron poçtu necə təsis edə bilərəm?
C: Sizin telefonda elektron poçt funksiyasından istifadə etmək üçün
sizə müvafiq elektron poçt sistemı tələb olunur. Elektron poçtun
parametrlərini sizin elektron poçt təminatçı ilə yoxlayın. Siz elektron
poçtun konfiqurasiya parametrlərini konfiqurasiya mesajı şəklində
qəbul edə bilərsiz.
Elektron poçtun parametrlərini aktivləşdirmək üçün göstərilənləri seçin
Menu > Messaging > Message settings > E-mail messages.
Kompüter əlaqəsi
S: Niyə görə telefonu mənim kompüterimə qoşduqda problemlər yaranır?
C: Nokia PC Suite sizin kompüterinizdə quraşdırıldığını və əməliyyat
göstərdiyini təmin etməlisiz. Nokia PC Suite istifadəçi təlimatına bax.
Nokia PC Suite istifadə barəsində daha ətraflı məlumat üçün
Nokia PC Suite kömək bölümünə bax, yaxud www.nokia.com köməkçi
səhifələrinə müraciət edin.

Sürətli düymələr
S: İstifadə edə biləcəyim sürətli düymələr mövcuddurmu?
C: Sizin telefonunuzda bir neçə sürətli düymələr mövcuddur:
•
Zənglərin qeydiyyat jurnalına daxil olmaq üçün zəng düyməsini bir
dəfə basın. İstədiyiniz nömrənin və ya adın üzərinə keçin və həmin
nömrəyə zəng etmək üçün zəng düyməsini basın.
•
İnternet brauzeri açmaq üçün
0 sıxın.
•
Səsli poçt qutusuna zəng etmək üçün
1 sıxın.
•
Keçid düyməsini sürətli düymə kimi istifadə edin. Bax “Mənim
sürətli düymələrim,” s. 32.
•
İstənilən profildən sakit profilə və geriyə ümumi profilə qayıtmaq
üçün
# sıxın.
■