Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız
var. Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu
xüsusiyyətlər bütün şəbəkələrdə mövcud deyil; şəbəkə xidmətlərindən
istifadə etməkdən öncə digər şəbəkələr Sizdən xidmət təminatçınızla
xüsusi razılıq əldə etməyinizi tələb edə bilər. Xidmət təminatçınız Sizə
təlimatlar verə bilər və onun tərəfindən hansı hesabın tətbiq olunmasını
izah edə bilər. Müəyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən
istifadənizə təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Misal
üçün, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr
tərəfindən təmin edilməyə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış
müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu
halda bu funksiyalar Sizin telefonuzun menyusunda görünməyəcək.
Sizin cihazınız menyu adlarında, menyu ardıcıllığında və təsvirlərdə
dəyişiklər kimi xüsusi konfiqurasiyalara da malik ola bilər. Daha ətraflı
məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını
(HTTP və SSL) dəstəkləyir. Bu cihazın müəyyən xüsusiyyətləri,
məsələn, multimediya mesaj (MMS), İnternet brauzinq, elektron poçt
istifadəsi, cəld mesajlaşma, mövcudluq ilə gücləndirilimiş kontaktlar,
uzaq sinxronizasiya və məzmunun brauzer yaxud MMS ilə yüklənməsi
kimi xüsusiyyətlər bu texnoloqiyalar üçün şəbəkə köməyini tələb edir.
■